Sumqayıt Texnologiyalar Parkının kapitalı 533,47 milyon manata çatıbAzərbaycanda iri sənaye müəssisələrindən biri olan “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nizamnamə kapitalı daha 7 milyon manat artırılıb.
1business.media xəbər verir ki, 2026-cı il oktyabrın 30-da qeydə alınan dəyişiklikdən sonra şirkətin kapitalı 526,47 milyon manatdan 533,47 milyon manata yüksəlib.
Son iki ayda kapital 14,2 milyon manat artıb
Şirkətin nizamnamə kapitalı sentyabr ayında da 7,2 milyon manat artırılıb. Beləliklə, son iki ayda ümumi artım 14,2 milyon manat və ya 2,7 faiz təşkil edib.
Ötən ilin noyabrında STP-nin nizamnamə kapitalı 519,27 milyon manat olub.
Parkda 2 mindən çox insan çalışır
“Sumqayıt Texnologiyalar Parkı” 250 hektarlıq ərazidə 30-dan çox istehsal sahəsi ilə fəaliyyət göstərir. Müəssisələrdə kabel, boru, metal konstruksiyalar və digər sənaye məhsulları istehsal olunur.
Şirkətlər Qrupunun 2 mindən çox əməkdaşı var. Məhsullar Avropa, Rusiya, Türkiyə və Mərkəzi Asiya bazarlarına ixrac edilir.
Şirkətin baş icraçı direktoru Ələkbər Abbaslı, Müşahidə Şurasının sədri isə Mir Camal Paşayevdir.
