Cənub Qaz Dəhlizinin törəmə şirkətinin kapitalı 100 dəfə artırılıb – 501,7 milyon manatAzərbaycanda enerji sektorunda fəaliyyət göstərən “SGC Midstream” MMC-nin nizamnamə kapitalı 100 dəfə artırılaraq 501,7 milyon manata çatdırılıb.
1business.media xəbər verir ki, şirkətin nizamnamə kapitalı əvvəlki 5,02 milyon manatdan 501,7 milyon manata yüksəlib. Beləliklə, kapitala əlavə 496,68 milyon manat yönəldilib. Dəyişiklik 2026-cı il sentyabrın 8-də qeydə alınıb.
Şirkətin kapitalı əvvəl nə qədər olub?
“SGC Midstream” MMC-nin nizamnamə kapitalı 2025-ci ilin martında cəmi 1 000 manat təşkil edirdi. Şirkət 2014-cü ilin aprelində təsis olunub və “Cənub Qaz Dəhlizi” QSC-nin 100 faiz törəmə müəssisəsidir.
Şirkət hansı layihədə iştirak edir?
“SGC Midstream” Cənubi Qafqaz Boru Kəməri layihəsində iştirak edir. Şirkət 2023-cü ildə SOCAR-ın layihədəki 14,35 faizlik iştirak payını qəbul edib.
Cənubi Qafqaz Boru Kəməri “Şahdəniz” yatağından hasil edilən təbii qazın Azərbaycan və Gürcüstan ərazisindən Türkiyəyə nəqlini təmin edən əsas infrastruktur layihələrindən biridir.
Şirkətin direktoru Kamran Niftəliyevdir.
