BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

SOCAR Türkiyənin aktivləri 692 milyard lirəyə çatıb

 SOCAR Türkiyənin aktivləri 692 milyard lirəyə çatıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkətinin ümumi aktivlərinin dəyəri 692 milyard türk lirəsinə yüksəlib.
 
1business.media xəbər verir ki, bu barədə SOCAR Türkiyənin baş icraçı direktoru Elçin İbadov məlumat verib.
 
Onun sözlərinə görə, 2025-ci ildə şirkətin aktivlərinin ümumi dəyəri 692 milyard lirə (təxminən 13,79 milyard ABŞ dolları) təşkil edib.
 
Elçin İbadov bildirib ki, mürəkkəb iqtisadi şəraitə baxmayaraq, şirkət investisiya öhdəliklərini davam etdirib. Hesabat dövründə enerji və neft-kimya sektorunda qiymət dəyişiklikləri, yüksək təbii qaz xərcləri və valyuta məzənnələrindəki dalğalanmalar fəaliyyətə təsir göstərib.
 
Şirkət Türkiyədə fəaliyyətini genişləndirmək üçün bir sıra strateji addımlar da atıb:
- İç Anadolu Təbii Qaz Elektrik Stansiyasının alınması başa çatdırılıb.
- İstanbul Hava Limanına reaktiv yanacaq tədarük edən TFS Akaryakıt şirkətində 25 faiz pay əldə edilib.
- SOCAR Terminal ilə dünyanın aparıcı konteyner daşıma şirkətlərindən MSC arasında strateji tərəfdaşlıq qurulub.
Qeyd edək ki, SOCAR Türkiyə neft emalı, neft-kimya, təbii qaz və liman əməliyyatları sahələrində fəaliyyət göstərir. Şirkət Türkiyənin enerji və sənaye sektorunda Azərbaycanın ən böyük investisiya layihələrindən birini həyata keçirir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05