BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

SOCAR qazmanı 74,3% artırdı: hasilatda azalma qeydə alınıb

 SOCAR qazmanı 74,3% artırdı: hasilatda azalma qeydə alınıb

1business.media xəbər verir ki, SOCAR 2026-cı ilin üçüncü rübündə 21 176 metr qazma işi həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 030 metr və ya 74,3 faiz çoxdur.

Hesabat dövründə SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı kimi istismar etdiyi yataqlarda 1,7 milyon ton neft və 1,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə isə 6,6 milyon ton xam neft və 12,5 milyard kubmetr qaz hasil edilib.

SOCAR üçüncü rübdə xarici bazarlara təxminən 4 milyon ton neft ixrac edib. Azərbaycanda təbii qaz ixracı 5,7 milyard kubmetrdən çox, daxili istehlak isə 2,3 milyard kubmetrə yaxın olub.

Şirkət hesabat dövründə 1,6 milyon tondan çox neft və 632 milyon kubmetrə yaxın qaz emal edib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici bazarlara çıxarılıb. Bu məhsulların ixracı 2,8 faiz artıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05