Azərbaycan 2030-cu ildən dövlətin cari xərclərini neft gəlirləri olmadan qarşılayacaqAzərbaycanda 2030-cu ilə qədər dövlət büdcəsinin cari xərclərinin tam şəkildə qeyri-neft-qaz sektoru üzrə gəlirlər hesabına maliyyələşdirilməsi hədəflənir.
1business.media xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin komitələrinin 2027-ci ilin dövlət büdcəsi layihəsinə həsr olunmuş birgə iclasında bildirib.
2027-ci ildə büdcə xərcləri 42,4 milyard manat olacaq
Nazir müavininin sözlərinə görə, gələn il dövlət büdcəsinin xərcləri 42,4 milyard manat proqnozlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur.
Büdcə xərclərinin bölgüsü belə nəzərdə tutulur:
- 26,4 milyard manat – cari xərclər;
- 13,8 milyard manat – əsaslı xərclər;
- 2,2 milyard manat – dövlət borcuna xidmət xərcləri.
Neftdən asılılığın azaldılması hədəflənir
Himalay Məmişov bildirib ki, 2027-ci ildə cari xərclərin 90,1 faizinin qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanması gözlənilir. Bu göstərici 2026-cı illə müqayisədə 2,1 faiz bəndi yüksəkdir.
Cari xərclərin qeyri-neft gəlirləri hesabına qarşılanması
