BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Dövlət büdcəsinin ehtiyat fondu üzrə limit artırılır – 7 faizə çatdırılması təklif olunur

 Dövlət büdcəsinin ehtiyat fondu üzrə limit artırılır – 7 faizə çatdırılması təklif olunur
Azərbaycanda dövlət büdcəsinin ehtiyat fonduna ayrılan vəsaitin yuxarı həddinin artırılması nəzərdə tutulur.
 
1business.media xəbər verir ki, “Büdcə sistemi haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətdə yuxarı həddinin 5 faizdən 7 faizə çatdırılması təklif edilir.
 
Dəyişiklik 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib.
 
2027-ci ildə ehtiyat fondlarına ümumilikdə 410 milyon manat ayrılması nəzərdə tutulur. Bu məbləğ dövlət büdcəsi xərclərinin təxminən 1 faizini təşkil edir.
 
Ayrılacaq vəsaitin 300 milyon manatı Prezidentin Ehtiyat Fonduna, 110 milyon manatı isə dövlət büdcəsinin Ehtiyat Fonduna yönəldiləcək.
 
Proqnozlara əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq.
 
Təklif olunan dəyişiklik ehtiyat fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətdə qanunla müəyyən edilən maksimum həddinin genişləndirilməsini nəzərdə tutur
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05