BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Milli Məclisin saxlanılmasına ayrılan vəsait 39 faiz artırılır

 Milli Məclisin saxlanılmasına ayrılan vəsait 39 faiz artırılır
1business.media xəbər verir ki, 2027-ci ildə Azərbaycanda Milli Məclisin saxlanılması üçün dövlət büdcəsindən 72 milyon 355,2 min manat vəsait ayrılması nəzərdə tutulur.
 
Bu məbləğ 2026-cı illə müqayisədə 38,95 faiz çoxdur. Artım gələn ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
 
Ayrılması nəzərdə tutulan vəsaitin əsas hissəsi əməkhaqlarının ödənilməsinə yönəldiləcək. Belə ki, bu məqsədlə 59 milyon 356 min manat ayrılması planlaşdırılır.
 
Malların, iş və xidmətlərin satın alınmasına 10 milyon 520 min manat, sosial ödənişlərə 334 min manat, dövlət icbari şəxsi sığorta xərclərinə 762 min 600 manat vəsait nəzərdə tutulub.
 
Qeyri-maliyyə aktivlərinin alınmasına isə 1 milyon 385 min manat ayrılması planlaşdırılır.
 
Beləliklə, Milli Məclisin saxlanılması üçün nəzərdə tutulan büdcə xərclərində əvvəlki illə müqayisədə ciddi artım gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05