BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda dondurma istehsalı 60 faiz artıb

 Azərbaycanda dondurma istehsalı 60 faiz artıb
Azərbaycanda yerli dondurma istehsalında ciddi artım qeydə alınıb. 2026-cı ilin ilk doqquz ayında ölkədə 7 736,21 ton dondurma istehsal edilib.
 
1business.media xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 900 ton və ya 60 faiz çoxdur. 
 
 
Digər süd məhsullarının istehsalında azalma var
 
Dondurma istehsalının artdığı dövrdə bir sıra süd məhsullarının istehsalında geriləmə qeydə alınıb.
 
2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə:
- Ayran istehsalı 14 faiz azalıb;
- Qatılaşdırılmış süd istehsalı 52 faiz azalıb;
- Pendir və kəsmik istehsalı 3,4 faiz azalıb.
Beləliklə, süd məhsulları sektorunda dondurma istehsalı artdığı halda, digər məhsul kateqoriyalarında azalma müşahidə olunub
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05