BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda kartof çipsi istehsalı 13,3 faiz artıb

 Azərbaycanda kartof çipsi istehsalı 13,3 faiz artıb
Azərbaycanda kartof çipsi istehsalında artım qeydə alınıb. 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə 2 591 ton kartof çipsi istehsal edilib.
 
1business.media xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 2 288 ton olub. Beləliklə, istehsal 303 ton və ya 13,3 faiz artıb. 
 
 
Çips istehsalına yeni vergi təklif olunur
 
2027-ci ilin dövlət büdcəsi layihəsində kartof çipslərinin aksiz vergisinə cəlb edilməsi də nəzərdə tutulub.
 
Təklifə əsasən, yerli istehsal olunan çipslərin hər kiloqramına 1 manat aksiz vergisi tətbiq edilə bilər.
 
Yerli istehsal idxalı əvəz edə biləcəkmi?
 
Ölkədə çips istehsalı artsa da, bazarın tələbatının əhəmiyyətli hissəsi idxal hesabına qarşılanır. 2026-cı ilin ilk yarısında idxal yerli istehsaldan yüksək olub. 
 
 
Qeyd edək ki, aksiz vergisi ilə bağlı dəyişiklik hələ təklif mərhələsindədir. Qəbul ediləcəyi təqdirdə, çips məhsullarının qiymətinə təsir göstərə bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05