Azərbaycanda kənd təsərrüfatı məhsullarına ƏDV güzəşti daha 3 il uzadıla bilərAzərbaycanda yerli istehsal olunan kənd təsərrüfatı məhsullarının satışına tətbiq edilən ƏDV güzəştinin müddətinin uzadılması təklif olunur.
1business.media xəbər verir ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, yerli kənd təsərrüfatı məhsullarının satışı 2029-cu ilin sonunadək ƏDV-dən azad edilə bilər.
Dəyişiklik layihəsi 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib.
Bu məhsullara da güzəşt tətbiq ediləcək
Təklifə əsasən, aşağıdakı məhsullar üzrə ƏDV güzəşti daha 3 il davam etdiriləcək:
- Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları;
- İdxal edilən və satılan buğda;
- Buğda ununun istehsalı və satışı;
- Çörəyin istehsalı və satışı.
Güzəştlərin 2029-cu ilin sonunadək qüvvədə qalması nəzərdə tutulur.
Dəyişiklik qəbul edilərsə, kənd təsərrüfatı istehsalçıları və ərzaq sektorunda fəaliyyət göstərən sahibkarlar üçün mövcud vergi güzəştləri daha 3 il saxlanılacaq.
Hazırda bu təklif qanun layihəsi mərhələsindədir.
