BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda istiqraz satışından əldə edilən gəlir vergiyə cəlb oluna bilər

 Azərbaycanda istiqraz satışından əldə edilən gəlir vergiyə cəlb oluna bilər
Azərbaycanda istiqrazların satışından əldə edilən gəlirlə alış qiyməti arasındakı fərqin vergitutma obyektinə çevrilməsi təklif olunur.
 
1business.media xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb. Sənəd 2027-ci ilin dövlət büdcəsi zərfinə daxildir. 
 
 
Təklifə əsasən, istiqrazın satışından əldə olunan məbləğdən onun alış qiyməti və əməliyyatla bağlı çəkilən xərclər çıxılacaq. Buraya tutulan komissiya haqları da daxildir.
 
Yaranan müsbət fərq vergitutma obyekti olacaq.
 
Hazırda hansı qayda tətbiq edilir?
 
Mövcud qanunvericilikdə oxşar mexanizm kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin satışına tətbiq olunur.
 
Yeni dəyişiklik qəbul edilərsə, istiqrazların satışı üzrə də analoji vergi mexanizmi müəyyənləşdiriləcək.
 
Layihə hələ təklif mərhələsindədir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05