BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Sığortaçılar (ASA)

İşsizlikdən sığorta haqları yalnız nağdsız ödəniləcək – Yeni qayda təklif olunur

 İşsizlikdən sığorta haqları yalnız nağdsız ödəniləcək – Yeni qayda təklif olunur
Azərbaycanda işsizlikdən sığorta haqlarının ödənilməsi qaydasının dəyişdirilməsi təklif edilir. Yeni layihəyə əsasən, bu ödənişlər yalnız nağdsız formada həyata keçiriləcək.
 
1business.media xəbər verir ki, dəyişiklik “İşsizlikdən sığorta haqqında” Qanuna təklif olunan düzəlişlərdə əksini tapıb.
 
Layihəyə əsasən, hər ay hesablanan sığorta haqqı işəgötürən tərəfindən əməkhaqqı ödənişləri ilə eyni vaxtda ödənilməlidir. Ödəniş növbəti ayın 15-dən gec olmayaraq tam məbləğdə sığortaçıya köçürülməlidir.
 
10 ayda 201,5 milyon manat daxilolma
 
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub.
 
Bu məbləğ proqnozlaşdırılan göstəricini 8,3 milyon manat üstələyib.
 
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 156,5 milyon manat təşkil edib.
 
Təklif olunan dəyişiklik qəbul edilərsə, işsizlikdən sığorta haqlarının ödənilməsi tamamilə nağdsız qaydada həyata keçiriləcək
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05