BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda yeni dövlət rüsumu tətbiq oluna bilər – Kimlər ödəniş edəcək?

 Azərbaycanda yeni dövlət rüsumu tətbiq oluna bilər – Kimlər ödəniş edəcək?
Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınmasına görə dövlət rüsumunun tətbiqi təklif edilir.
 
1business.media xəbər verir ki, bu məsələ Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
 
Təklifə əsasən, dövlət rüsumu üç əsas halda tələb olunacaq:
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması zamanı;
- İş icazəsinin yenidən rəsmiləşdirilməsi zamanı;
- Əcnəbinin eyni işəgötürənin yanında başqa vəzifəyə keçirilməsi ilə əlaqədar yeni iş icazəsi verilərkən.
Dəyişikliklərə əsasən, müvəqqəti yaşama icazəsinin verilməsinə görə dövlət rüsumundan azadolma halları da ayrıca qanunla müəyyən ediləcək.
 
Hazırda əcnəbilərin olduğu yer üzrə qeydiyyatı üçün dövlət rüsumu tutulmur. Təklif qəbul edilərsə, bu qayda dəyişəcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05