BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Azərbaycanda MMC yaratmaq pulsuz ola bilər – Yeni güzəşt təklif edilir

 Azərbaycanda MMC yaratmaq pulsuz ola bilər – Yeni güzəşt təklif edilir
Azərbaycanda şirkət qurmaq istəyənlər üçün yeni güzəşt nəzərdə tutulur. Yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron dövlət qeydiyyatının rüsumsuz aparılması təklif edilir.
 
1business.media xəbər verir ki, bu məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.
 
Təklif qəbul edilərsə, həm yerli, həm də xarici investisiyalı MMC-lərin elektron qeydiyyatı ödənişsiz həyata keçiriləcək.
 
Hazırda elektron dövlət qeydiyyatı yalnız hüquqi şəxslər üçün rüsumsuz aparılır. Yeni dəyişikliklə bu güzəştin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
 
Dəyişiklik sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin qeydiyyat xərclərini azalda bilər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05