Azərbaycanda minik avtomobili istehsalı azalıb, yük maşınlarının istehsalı artıbAzərbaycanda avtomobil istehsalında fərqli dinamika qeydə alınıb. Minik avtomobillərinin istehsalı azaldığı halda, yük maşınlarının istehsalında 2,7 dəfə artım olub.
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə 1 881 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz və ya 411 ədəd azdır.
Hesabat dövründə Azərbaycanda 511 ədəd yük avtomobili istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
Avqustun 1-nə olan məlumata görə, müəssisələrin anbarlarında 128 ədəd hazır minik avtomobili və 40 ədəd yük avtomobili olub.
Avtobus istehsalında da artım qeydə alınıb. Belə ki, ilin ilk yeddi ayında ölkədə 220 avtobus istehsal edilib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,2 faiz çoxdur.
