BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Gömrük daxilolmaları üzrə 300 milyon manatlıq risk var – Hesablama Palatası

 Gömrük daxilolmaları üzrə 300 milyon manatlıq risk var – Hesablama Palatası
Azərbaycanda Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə daxilolmaların proqnozlaşdırılan səviyyədə təmin edilməməsi riski yaranıb. Bu il üzrə büdcə daxilolmalarının proqnozdan 300 milyon manat az olacağı gözlənilir.
 
1business.media xəbər verir ki, Hesablama Palatasının 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair rəyində bu risklərə diqqət çəkilib.
 
Məlumata görə, 2026-cı ildə gömrük xətti ilə dövlət büdcəsinə 6,9 milyard manat daxilolma proqnozlaşdırılsa da, Palatanın hesablamalarına əsasən, faktiki daxilolmaların 6,6 milyard manat səviyyəsində qalacağı gözlənilir.
 
Bu, təsdiqlənmiş proqnozdan 300 milyon manat və ya 4,3 faiz azdır.
 
Hesabatda bildirilir ki, 2026-cı ilin ilk 9 ayında ölkənin idxal həcmi 13,2 milyard dollar təşkil edib. Eyni dövrdə gömrük xətti ilə büdcəyə 4 milyard 973,3 milyon manat daxil olub. Bu göstərici proqnozdan 10,7 milyon manat aşağıdır.
 
2027-ci ildə isə Dövlət Gömrük Komitəsi vasitəsilə büdcəyə 6 milyard 868 milyon manat daxilolma nəzərdə tutulur. Həmin il idxal həcminin 19 milyard dollara çatacağı proqnozlaşdırılır.
 
Hesablama Palatası idxal həcminin gözləniləndən aşağı olması, gömrük güzəştləri və beynəlxalq ticarətdəki qeyri-müəyyənliklərin büdcə gəlirlərinə mənfi təsir göstərə biləcəyini qeyd edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05