BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Gömrük rüsumlarından büdcəyə 1,87 milyard manat daxil olacaq

 Gömrük rüsumlarından büdcəyə 1,87 milyard manat daxil olacaq
Azərbaycanda 2027-ci ildə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmaların 1 milyard 867 milyon manat olacağı proqnozlaşdırılır.

1business.media xəbər verir ki, bu barədə 2027-ci il dövlət büdcəsi layihəsində qeyd olunub.

Proqnoza əsasən, gömrük rüsumları üzrə daxilolmalar 2026-cı illə müqayisədə 49 milyon manat və ya 2,7 faiz artacaq. 2025-ci ilin faktiki göstəricisi ilə müqayisədə isə artım 96,2 milyon manat və ya 5,4 faiz təşkil edəcək.

Artımın əsas səbəblərindən biri ölkəyə idxalın həcminin yüksəlməsi ilə bağlıdır. Belə ki, 2027-ci ildə idxalın 19 milyard dollar səviyyəsində olacağı gözlənilir. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 300 milyon dollar və ya 1,8 faiz çoxdur.

Qeyd edək ki, 2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə ümumilikdə 6 milyard 865 milyon manat daxilolma nəzərdə tutulur. Bu məbləğ gömrük rüsumları, idxal ƏDV-si, aksiz və digər ödənişləri əhatə edir

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05