BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Apple, Netflix, OpenAI və TikTok Azərbaycanda vergi ödəyir – TAM SİYAHI

 Apple, Netflix, OpenAI və TikTok Azərbaycanda vergi ödəyir – TAM SİYAHI
Azərbaycanda fəaliyyət göstərən beynəlxalq rəqəmsal xidmət şirkətlərinin vergi öhdəlikləri ilə bağlı yeni məlumatlar açıqlanıb. Apple, Netflix, OpenAI və TikTok da daxil olmaqla, 24 xarici şirkət ölkədə əlavə dəyər vergisi (ƏDV) məqsədilə vergi uçotuna alınıb.

1business.media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, indiyədək Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə 24 qeyri-rezident rəqəmsal xidmət təchizatçısı vergi uçotuna daxil edilib.

Qurum rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması, beynəlxalq şirkətlərin elektron qeydiyyata cəlb edilməsi və vergi öhdəliklərinə əməl olunmasına nəzarət istiqamətində tədbirlərin davam etdirildiyini açıqlayıb.

2025-ci ildə büdcəyə 15,5 milyon manat ƏDV hesablanıb

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, 2025-ci ildə elektron qeydiyyat portalı vasitəsilə 7 xarici rəqəmsal xidmət şirkəti ƏDV ödəyicisi kimi qeydiyyata alınıb.

Həmin il qeyri-rezident şirkətlər tərəfindən hesablanmış ƏDV-nin məbləği 15,5 milyon manat təşkil edib.

Sosial şəbəkələr və xarici rəqəmsal platformalar üzrə kameral vergi yoxlamaları nəticəsində isə 250,5 min manat vergi hesablanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05