ING Azərbaycanın inflyasiya proqnozunu açıqladı – 2028-ci ildə artım gözlənilirNiderlandın maliyyə qrupu ING Azərbaycanda növbəti üç il üzrə inflyasiya proqnozlarını açıqlayıb. Bankın qiymətləndirməsinə görə, 2028-ci ildə ölkədə orta illik inflyasiya 6 faizə çata bilər.
1business.media xəbər verir ki, ING Group-un proqnozuna əsasən, Azərbaycanda orta illik inflyasiya göstəricisi belə olacaq:
- 2026-cı il – 5,7 faiz
- 2027-ci il – 5,4 faiz
- 2028-ci il – 6 faiz
Bankın əvvəlki qiymətləndirməsi ilə müqayisədə 2026 və 2027-ci illər üzrə proqnozlar dəyişməyib. 2028-ci il üçün gözlənti isə 0,7 faiz bəndi artırılıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında orta illik inflyasiya 5,7 faiz təşkil edib.
İqtisadiyyat Nazirliyinin proqnozuna əsasən, 2028-ci ildə Azərbaycanda orta illik inflyasiyanın 4,8 faiz olacağı gözlənilir.
Azərbaycan Mərkəzi Bankı isə 2026-cı il üzrə inflyasiyanı 5,9 faiz səviyyəsində qiymətləndirir.
Beləliklə, ING-nin 2028-ci il üçün proqnozu yerli iqtisadi qurumların gözləntilərindən yüksəkdir.
