BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Bank

ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə də uçot dərəcəsini dəyişməyəcək

 ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə də uçot dərəcəsini dəyişməyəcək
Azərbaycan Mərkəzi Bankının 2027-ci il ərzində uçot dərəcəsini 6,5 faiz səviyyəsində saxlaması gözlənilir.
 
1business.media xəbər verir ki, bu proqnoz Niderlandın maliyyə qrupu ING Group-un analitiklərinin qiymətləndirməsində əks olunub.
 
Analitiklərin gözləntilərinə əsasən, AMB 2027-ci ildə də mövcud faiz siyasətini davam etdirəcək. Bu müddətdə uçot dərəcəsinin 6,5 faiz səviyyəsində qalacağı proqnozlaşdırılır.
 
ING Group-un proqnozuna görə, 2028-ci ildə isə uçot dərəcəsi 50 baza bəndi azaldılaraq 6 faizə endirilə bilər.
 
Hazırda uçot dərəcəsi 6,5 faiz, faiz dəhlizinin aşağı həddi 5 faiz, yuxarı həddi isə 7,5 faiz təşkil edir.
 
Uçot dərəcəsi bank kreditləri, depozit faizləri və ölkədə pul-kredit siyasətinə təsir göstərən əsas göstəricilərdən biridir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05