BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
E-mağaza

TikTok alış-veriş üçün ayrıca tətbiq istifadəyə verdi – Amazon və Temu ilə rəqabət güclənir

 TikTok alış-veriş üçün ayrıca tətbiq istifadəyə verdi – Amazon və Temu ilə rəqabət güclənir
“TikTok” şirkəti elektron ticarət xidməti olan “TikTok Shop” üçün ayrıca mobil tətbiq istifadəyə verib. Yeni platforma istifadəçilərə sosial şəbəkəyə daxil olmadan məhsullara baxmaq və alış-veriş etmək imkanı yaradır.
 
1business.media xəbər verir ki, yeni tətbiq hazırda Sinqapur, Malayziya, Tailand və Filippində iOS və Android istifadəçiləri üçün əlçatandır.
 
 
“TikTok Shop” vasitəsilə istifadəçilər maraqlarına uyğun məhsul təklifləri əldə edə, canlı yayımlara və qısa videolara baxaraq bəyəndikləri məhsulları sifariş edə biləcəklər.
 
Tətbiqin imkanlarına aşağıdakılar daxildir:
- Məhsullar üzrə fərdi tövsiyələr;
- Canlı yayımlar və qısa videolar vasitəsilə alış-veriş;
- Yalnız tətbiqdə təqdim olunan endirimlər;
- Pulsuz çatdırılma kampaniyaları;
- İlk sifariş üçün xüsusi güzəştlər;
- Sifarişlərin izlənilməsi;
- 24 saat fəaliyyət göstərən müştəri dəstəyi.
İstifadəçilər ödənişləri birbaşa tətbiq daxilində həyata keçirə biləcəklər. 
 
 
Yeni tətbiqin yaradılması “TikTok”un elektron ticarət bazarında mövqeyini gücləndirmək məqsədi daşıyır. Şirkət bu addımla “Amazon” və “Temu” kimi iri onlayn satış platformaları ilə daha ciddi rəqabət aparmağı hədəfləyir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05