BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Bakıda “Uber” adını dəyişir – Yeni brend “Heetch AZ” olacaq

 Bakıda “Uber” adını dəyişir – Yeni brend “Heetch AZ” olacaq
1business.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən “Uber AZ” taksi sifarişi platforması adını dəyişərək “Heetch AZ” brendi ilə fəaliyyətini davam etdirəcək.
 
Ad dəyişikliyi artıq “Apple App Store” və “Google Play” platformalarında əksini tapıb. Tətbiqin açıqlamasında “Uber AZ”ın bundan sonra “Heetch” adlanacağı, mövcud xidmətlərin isə davam etdiriləcəyi bildirilib.
 
Dəyişikliyə baxmayaraq, tətbiqin əvvəlki texniki identifikatoru saxlanılıb. “Google Play”də platformanın loqosu da yenilənərək “H” işarəsi ilə əvəzlənib.
 
Hazırda tətbiq vasitəsilə istifadəçilər “Standard”, “Comfort”, “Smart”, “Premium” və “Express” kateqoriyalarında taksi sifariş edə bilirlər. Nağd və kartla ödəniş, eləcə də səfərin izlənilməsi funksiyaları da mövcuddur.
 
Qeyd edək ki, “Uber” Azərbaycan bazarına 2015-ci ildə daxil olub. Sonrakı illərdə şirkətin regiondakı taksi sifarişi biznesi “Yandex” ilə birgə fəaliyyət strukturuna daxil edilib. 2023-cü ildə “Yandex” “Uber”in birgə müəssisədəki son payını da satın alıb.
 
Hazırkı dəyişiklik platformanın kommersiya adına aiddir. Hüquqi şəxsin adının dəyişdirilməsi barədə məlumat açıqlanmayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05