BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Dövlət qurumlarının avtomobilləri hərraca çıxarılır – Qiymətlər 400 manatdan başlayır

 Dövlət qurumlarının avtomobilləri hərraca çıxarılır – Qiymətlər 400 manatdan başlayır
1business.media xəbər verir ki, Azərbaycanda dövlət qurumlarının balansında olan 12 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq.
 
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac 8 dekabr 2026-cı il tarixində saat 10:00-da keçiriləcək.
 
Satışa təqdim olunan avtomobillər arasında “Peugeot”, “Nissan”, “Mitsubishi”, “Hyundai”, “Volkswagen”, “QAZ” və “VAZ” markalı nəqliyyat vasitələri var.
 
Avtomobillərin başlanğıc qiymətləri 400 manatdan 9 360 manatadək dəyişir.
 
Ən ucuz avtomobil 1986-cı il buraxılışlı VAZ-21013 modelidir. Onun ilkin satış qiyməti 400 manat müəyyən edilib. 1990-cı il buraxılışlı VAZ-21061 avtomobili isə 500 manata təklif olunur.
 
Hərracda daha yüksək qiymətə təqdim edilən avtomobillərdən biri 2008-ci il buraxılışlı Mitsubishi L200-dür. Onun başlanğıc qiyməti 9 360 manatdır. 2014-cü il buraxılışlı Volkswagen Passat isə 8 550 manata satışa çıxarılır.
 
Siyahıdakı ilk 8 avtomobil üçüncü dəfə 10 faiz endirimlə təkrar hərraca təqdim olunur. İştirak etmək istəyən şəxslər avtomobilin başlanğıc qiymətinin 10 faizi məbləğində beh ödəməlidirlər.
 
Satışa çıxarılan nəqliyyat vasitələri müxtəlif dövlət qurumlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Standartlaşdırma İnstitutunun, Nazirlər Kabinetinin İşlər İdarəsinin və digər təşkilatların balansındadır.
 
Avtomobillər üzrə mövcud cərimə və məhdudiyyətlərin aradan qaldırılması balanssaxlayıcı qurumlar tərəfindən təmin ediləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05