BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

“Bakienerjitikinti” səhmdarları dividend məsələsini müzakirə edəcək

 “Bakienerjitikinti” səhmdarları dividend məsələsini müzakirə edəcək
“Bakienerjitikinti” ASC-nin səhmdarları dekabrın 11-də dividend ödənişi məsələsini müzakirə etmək üçün bir araya gələcəklər.
 
1business.media xəbər verir ki, şirkətin növbəti illik ümumi yığıncağı 2026-cı il dekabrın 11-də saat 14:00-da keçiriləcək.
 
Yığıncağın gündəliyinə xalis mənfəətin bölüşdürülməsi və səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.
 
İclasda İdarə Heyətinin və Təftiş Komissiyasının hesabatları da nəzərdən keçiriləcək. 2025-ci il üzrə illik maliyyə hesabatlarının və auditor rəyinin təsdiqi də müzakirə olunacaq.
 
Yığıncaq Bakı şəhəri, Sabunçu dairəsi, 37 ünvanında keçiriləcək. Səhmdarların qeydiyyatı saat 08:00-dan 12:00-dək aparılacaq.
 
Dividend ödənişi hələ təsdiqlənməyib. Bu məsələ dekabrın 11-də keçiriləcək yığıncaqda müzakirə olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05