Yaşa görə sosial müavinət alanların sayı 9 faiz artıbAzərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayında artım qeydə alınıb. Son bir ildə bu kateqoriyadan olan vətəndaşların sayı təxminən 9 faiz yüksəlib.
1business.media xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumata əsasən, 2026-cı ilin oktyabr ayında yaşa görə sosial müavinət alanların sayı 180 398 nəfər təşkil edib.
Məlumata görə, müavinət alanların 59,2 faizini qadınlar, 40,8 faizini isə kişilər təşkil edib.
Beləliklə, yaşa görə sosial müavinət alanların sayı 180 min nəfəri ötüb
