Azərbaycanda 25 iş gününə 11 min dollar ödəniş nəzərdə tutulan vakansiya açılıbAzərbaycanda Asiya İnkişaf Bankı 25 iş günü davam edəcək məsləhətçi xidməti üçün mütəxəssis axtarır. Layihə üzrə ayrılan vəsait 11 min ABŞ dollarıdır.
1business.media xəbər verir ki, Asiya İnkişaf Bankı Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanmasına dəstək məqsədilə milli sosial təminatlar üzrə mütəxəssisin cəlb olunması üçün elan yayıb.
Elana əsasən, seçiləcək mütəxəssis fərdi məsləhətçi kimi fəaliyyət göstərəcək. İşin ümumi həcmi 25 iş günü müəyyənləşdirilib.
Məsləhətçinin fəaliyyətə 2026-cı il dekabrın 1-də başlaması planlaşdırılır. İşin nəticələri qənaətbəxş olarsa, müqavilənin müddəti uzadıla bilər.
Maraqlanan şəxslər müraciətlərini 18 noyabr 2026-cı il tarixinədək təqdim etməlidirlər.
Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir.
