BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Neft bazarında vəziyyət dəyişir: Qiymətlər niyə ucuzlaşır?

 Neft bazarında vəziyyət dəyişir: Qiymətlər niyə ucuzlaşır?
Dünya neft bazarında qıtlıq gözləntilərini artıq təklif artımı əvəz edir. Yaxın Şərqdən neft tədarükünün bərpası və qlobal tələbin zəifləməsi qiymətlərin aşağı düşməsinə səbəb olur.
 
1business.media xəbər verir ki, noyabrın 16-da Bakı vaxtı ilə saat 08:27-yə olan məlumata görə, “Brent” markalı neftin bir barelinin qiyməti 0,6 faiz azalaraq 95,30 dollara düşüb. ABŞ-nin WTI markalı nefti isə 0,3 faiz ucuzlaşaraq 88,34 dollar təşkil edib. 
 
 
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, 2026-cı ilin dördüncü rübündə dünya üzrə neft təklifi sutkada 105 milyon barelə çatacaq. Bu göstəricinin tələbi sutkada 1,7 milyon barel üstələyəcəyi gözlənilir.
 
Proqnozun dəyişməsinə əsas səbəblərdən biri Yaxın Şərqdən neft ixracının gözləniləndən daha sürətlə bərpa olunmasıdır. Agentlik fevralın sonunadək fövqəladə ehtiyatlardan əlavə 71 milyon barel neft və neft məhsulunun bazara çıxarılacağını da bildirib.
 
Çindən gələn göstəricilər də qiymətlərə təzyiq yaradır. Oktyabr ayında ölkənin neft emalı həcmi əvvəlki ayla müqayisədə 2 faiz, illik müqayisədə isə 8,1 faiz azalıb. Bu, dünyanın ən böyük neft istehlakçılarından birində tələbin zəiflədiyini göstərir. 
 
 
Neft bazarında ucuzlaşmaya baxmayaraq, geosiyasi risklər qalmaqdadır. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, tankerlərə hücum riski və yüksək daşınma xərcləri qiymətlərin daha sürətlə enməsinə mane olur.
 
Beləliklə, neft bazarında əsas diqqət artıq mümkün qıtlıqdan qlobal təklifin tələbi nə qədər üstələyəcəyinə yönəlib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05