Azərbaycanda şirkətin 25 minə yaxın səhmi dövriyyədən çıxarılırAzərbaycanda fəaliyyət göstərən “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC-nin 24 986 ədəd səhmi dövriyyədən çıxarılır.
1business.media xəbər verir ki, şirkətin ləğvetmə komissiyasının qərarına əsasən, dövlət qeydiyyat nömrəsi 1001000848 olan səhmlərin dövriyyədən çıxarılması nəzərdə tutulub.
Məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 manatdır. Ümumilikdə dövriyyədən çıxarılacaq səhmlərin nominal dəyəri 49 972 manat təşkil edir.
Qeyd edək ki, “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC 2000-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 49 972 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küçəsi, ev 3121-dir.
Müəssisənin qanuni təmsilçisi Ramiz İsmayıl oğlu Əliyevdir.
