“TD İnşaat” Yevlaxda 1,57 milyon manatlıq tender qazandıYevlaxda inzibati binanın əsaslı təmiri üçün 1 milyon 574 min manatlıq tenderin qalibi “TD İnşaat” MMC seçilib.
1business.media xəbər verir ki, satınalma müsabiqəsi Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən elan edilib.
Tender Yevlax Tibb Qiymətləndirmə Mərkəzi üçün nəzərdə tutulan inzibati binanın əsaslı təmirini əhatə edir.
Satınalmanın ehtimal olunan qiyməti 1 milyon 574 min 296 manat təşkil edib.
Məlumata görə, tenderin qalibi elan edilən “TD İnşaat” MMC 2024-cü ildə yaradılıb
