BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Intel səhmlərinin 29 faiz ucuzlaşması investorları məhkəməyə gətirdi

 Intel səhmlərinin 29 faiz ucuzlaşması investorları məhkəməyə gətirdi
ABŞ-nin texnologiya nəhəngi Intel səhmdarların kollektiv iddiası ilə üzləşib. İnvestorlar şirkəti kompüter bazarındakı tələbin zəifləməsi və satışlara təsir edən problemlər barədə məlumatları vaxtında açıqlamamaqda ittiham edirlər.
 
1business.media xəbər verir ki, iddia Kaliforniyanın San-Xose şəhərində federal məhkəməyə təqdim olunub.
 
İnvestorların iddiasına görə, Intel fərdi kompüter satışlarında azalma və tərəfdaş şirkətlərin anbarlarında məhsul ehtiyatlarının artmasının gəlirlərə göstərəcəyi mənfi təsirləri vaxtında açıqlamayıb.
 
Narazılığa səbəb olan məqamlardan biri də şirkətin 2026-cı ilin avqustunda hər səhm üçün 95 dollar qiymətə ümumilikdə 23 milyard dollarlıq səhm satmasıdır. İddiaçılar həmin dövrdə şirkətin biznesindəki problemlər barədə investorların kifayət qədər məlumatlandırılmadığını bildirirlər.
 
Oktyabrın 30-da Intel səhmləri bir ticarət günündə 28,6 faiz ucuzlaşıb. Nəticədə şirkətin bazar dəyəri təxminən 140 milyard dollar azalıb. Buna səbəb şirkətin dördüncü rüb üzrə gəlir və mənfəət proqnozlarının gözləntilərdən aşağı olması olub.
 
İddia iyulun 23-dən oktyabrın 29-dək Intel səhmlərini alan investorları əhatə edir. Şirkətin baş icraçı direktoru Lip-Bu Tan və maliyyə direktoru Devid Zinsner də cavabdehlər sırasında göstərilib.
 
İnvestorlar dəymiş zərərin ödənilməsini tələb edirlər. Intel isə iddia ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05