2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi keçiriləcək – 1 milyon manat ayrıldıAzərbaycanda 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsi təşkil olunacaq. Müsabiqənin keçirilməsi ilə bağlı hazırlıq işlərinə dövlət büdcəsindən 1 milyon manat vəsait ayrılıb.
1business.media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, vəsait Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə ayrılacaq.
Maliyyə Nazirliyinə ayrılmış vəsaitin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Müsabiqənin təşkili ilə bağlı digər məsələləri 2019-cu ildə yaradılmış Təşkilat Komitəsi həll edəcək.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi idarəçilik bacarıqları yüksək olan perspektivli şəxslərin müəyyənləşdirilməsi və onların inkişafına dəstək göstərilməsi məqsədi daşıyır
