BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Aqrarkredit” əmlaklarının satışı üzrə müsabiqənin vaxtı uzadıldı

 “Aqrarkredit” əmlaklarının satışı üzrə müsabiqənin vaxtı uzadıldı
“Aqrarkredit” QSC-nin balansında olan bəzi əmlakların satışı üzrə müsabiqənin nəticələrinin müəyyənləşdirilməsi tarixi dəyişdirilib.
 
1business.media xəbər verir ki, müsabiqənin qalibinin müəyyənləşdirilməsi 13 noyabr 2026-cı il saat 11:30-a keçirilib.
 
Müsabiqənin şərtlərinə əsasən, iştirakçılar əmlakın ilkin satış qiymətinin 0,5 faizi həcmində beh ödəməli və qiymət təkliflərini qapalı zərfdə təqdim etməlidirlər.
 
İlkin satış qiymətindən yuxarı ən yüksək məbləği təklif edən iştirakçı qalib elan olunacaq.
 
Qalib şəxs əmlakın dəyərini 30 bank günü ərzində tam ödəyəcəyinə dair yazılı zəmanət təqdim etməlidir. Alışdan imtina ediləcəyi təqdirdə ödənilmiş beh geri qaytarılmayacaq.
 
Müsabiqə Bakı şəhəri, Səməd Vurğun küçəsi 135 ünvanında, Maliyyə Nazirliyində keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05