BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İstehsal ixracat

Azərbaycanda nərə kürüsü istehsalı 21,9 faiz azalıb

 Azərbaycanda nərə kürüsü istehsalı 21,9 faiz azalıb
Azərbaycanda nərə balığı kürüsünün istehsalında azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 626,43 kiloqram nərə kürüsü istehsal edilib.
 
1business.media xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 2 082,02 kiloqram olub. Beləliklə, istehsal 455,59 kiloqram və ya 21,9 faiz azalıb. 
 
 
Sentyabrın sonuna ölkədə nərə kürüsü ehtiyatı 271,5 kiloqram təşkil edib.
 
İstehsalın azalmasına təsir edən əsas amillərdən biri Xəzər dənizində su səviyyəsinin enməsi hesab olunur. Su səviyyəsinin azalması və çaylarda suyun azalması nərə balıqlarının kürü tökmək üçün çaylara miqrasiyasını çətinləşdirir.
 
Kür çayı üzərində inşa edilən bəndlər də uzun illərdir nərə balıqlarının hərəkətinə mane olur.
 
Mövcud vəziyyət Azərbaycanda nərə balıqlarının çoxalmasına və kürüsü istehsalına mənfi təsir göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05