BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

“Çıraq” platformasından 29 ildə 107,8 milyon ton neft hasil edilib

 “Çıraq” platformasından 29 ildə 107,8 milyon ton neft hasil edilib
Xəzər dənizində yerləşən “Çıraq” platformasından indiyədək 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz hasil olunub. Platformanın istismarına başlanılmasından 29 il ötür.
 
1business.media xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, 1997-ci ildən fəaliyyət göstərən platformadan 2026-cı il noyabrın 1-dək ümumilikdə 107,8 milyon ton neft və 25 milyard kubmetr qaz çıxarılıb. 
 
 
“Çıraq” platforması Bakıdan təxminən 120 kilometr şərqdə, Xəzər dənizində suyun dərinliyinin 120 metrə yaxın olduğu ərazidə yerləşir.
 
Platforma Azərbaycanın ən böyük neft-qaz layihəsi olan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun tərkibinə daxildir.
 
Məlumata əsasən, 2026-cı ilin ilk yarısında “Çıraq” platformasından orta hesabla sutkada 19 300 barel neft hasil edilib. 
 
 
AÇG yataqlar blokunun işlənməsi ilə bağlı ilk müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci ildə imzalanan yeni saziş isə yataqların 2049-cu ilin sonunadək birgə işlənməsini nəzərdə tutur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05