BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Dövlət və Vətəndaş Cəmiyyəti (ADVCA)

Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərildi

 Azərbaycandan Ukraynaya 1,5 milyon dollarlıq enerji avadanlığı göndərildi

1business.media xəbər verir ki, Azərbaycanın Ukraynaya humanitar yardım çərçivəsində göndərdiyi ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib.

Məlumata görə, humanitar yardım Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq göndərilib.

Yardımın tərkibinə 9 transformator, 186 kilometr kabel və 12 kV-luq paylayıcı qurğular daxildir.

Avadanlıqlar Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən Ukraynanın Energetika Nazirliyinə təqdim olunub.

Yardım Ukraynanın enerji infrastrukturunun dəstəklənməsi məqsədilə göndərilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05