Şaftalı ixracından gəlir 12,4 milyon dollar azalıb
1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan şaftalı və nektarin ixracında azalma qeydə alınıb.
Cari ilin ilk 9 ayında bu məhsulların xaricə satışından 98,1 milyon ABŞ dolları gəlir əldə olunub. 2025-ci ilin eyni dövründə isə ixracın dəyəri 110,5 milyon dollar təşkil edib.
Beləliklə, şaftalı və nektarin ixracından əldə olunan gəlir bir il ərzində 12,4 milyon dollar və ya 11,2 faiz azalıb.
Azalma sentyabr ayında da davam edib. 2026-cı ilin sentyabrında 10,8 milyon dollar dəyərində şaftalı ixrac olunub. Ötən ilin sentyabrında bu göstərici 11,8 milyon dollar olub.
Bu, illik müqayisədə ixrac gəlirlərinin 1 milyon dollar və ya 8,5 faiz azalması deməkdir.
