BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərkosmosun xaricə xidmət satışından gəliri 48,5% artıb

 Azərkosmosun xaricə xidmət satışından gəliri 48,5% artıb

1business.media xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın Kosmik Agentliyi – “Azərkosmos” 19,6 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 48,5% çoxdur. Hesabat dövründə “Azərkosmos”un xidmətlərindən 36 ölkədə fəaliyyət göstərən 95-ə yaxın şirkət yararlanıb.

İxracın əsas istiqamətləri Böyük Britaniya, Lüksemburq, Türkiyə, Pakistan və Misir olub. Bu ölkələr arasında ən böyük pay Böyük Britaniyanın payına düşüb – 3,1 milyon dollar. Lüksemburqa 2,4 milyon, Türkiyəyə 989,7 min, Pakistana 884,4 min, Misirə isə 484,9 min dollar dəyərində xidmət ixrac edilib.

Məlumata görə, “Azərkosmos”un ixrac gəlirlərinin ümumi gəlirlərindəki payı 66%-dən 61%-ə enib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05