BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Bakıda mənzillər bahalaşır: Kirayə qiymətləri də artır

 Bakıda mənzillər bahalaşır: Kirayə qiymətləri də artır
Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımı davam edir. 2026-cı ilin üçüncü rübündə mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. Kirayə mənzillərin qiymətində də artım qeydə alınıb.
 
1business.media xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, ilkin mənzil bazarında qiymətlər illik 10,4 faiz, təkrar mənzil bazarında isə 8,4 faiz artıb. 
 
 
Sentyabr ayında yeni tikililərdə mənzillərin bir kvadratmetrinin satış qiyməti illik müqayisədə 10,8 faiz, köhnə tikililərdə isə 9,2 faiz bahalaşıb.
 
Kirayə bazarında da qiymət artımı müşahidə olunub. Belə ki, sentyabr ayında kirayə haqları ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz, avqust ayına nisbətən isə 1,9 faiz yüksəlib.
 
Yeni tikililərdə kirayə qiymətlərinin aylıq artımı 3,1 faiz, köhnə tikililərdə isə 1,1 faiz təşkil edib.
 
Beləliklə, mənzil almaq və kirayələmək istəyənlər daşınmaz əmlak bazarında artan qiymətlərlə üzləşirlər.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05