BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda dollarlaşma 15,4 faiz bəndi azalıb – Manata inam artır

 Azərbaycanda dollarlaşma 15,4 faiz bəndi azalıb – Manata inam artır
Azərbaycanda bank sektorunda dollarlaşma səviyyəsi son beş ildə 15,4 faiz bəndi azalıb. Hazırda bu göstərici tarixi minimuma enərək 25,2 faiz təşkil edir.
 
1business.media xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib. 
 
 
AMB sədrinin sözlərinə görə, son bir ildə dollarlaşma 3,3 faiz bəndi azalıb. Bu dəyişiklik vətəndaşların milli valyutaya və bank sektoruna inamının artması fonunda baş verib.
 
Kazımov bildirib ki, 2026-cı ilin ilk 10 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 34 faiz və ya 3,9 milyard dollar artaraq 15,4 milyard dollara çatıb. Bu, qurumun tarixində ən yüksək göstəricidir.
 
Onun sözlərinə görə, valyuta bazarında həm nağd, həm də nağdsız seqmentdə təklif tələbi əhəmiyyətli dərəcədə üstələyir.
 
Mərkəzi Bankın açıqladığı rəqəmlər ölkədə xarici valyutaya tələbin azaldığını və manatla yığımların payının yüksəldiyini göstərir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05