BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Alqı satqı

Azərbaycanda avtomobil bazarında qiymətlər 4 faizə yaxın bahalaşıb

 Azərbaycanda avtomobil bazarında qiymətlər 4 faizə yaxın bahalaşıb
Azərbaycanda avtomobil bazarında qiymət artımı müşahidə olunur. Oktyabr ayında satışa çıxarılan avtomobillərin median qiyməti əvvəlki ayla müqayisədə 3,7 faiz yüksəlib.
 
1business.media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına əsasən, oktyabrda avtomobillərin median təklif qiyməti 19 500 manat təşkil edib. Orta təklif qiyməti isə 30 089 manata çatıb. 
 
 
Bazarda 37 mindən çox avtomobil satışa çıxarılıb
 
Oktyabr ayında avtomobil satış elanlarının sayı 37 531 olub. Bu, əvvəlki ayla müqayisədə 7 faiz azdır.
 
Qiymət artımının əsas göstəriciləri:
- Median qiymət – 19 500 manat;
- Orta qiymət – 30 089 manat;
- Orta avtomobil yaşı – 13 il;
- Orta yürüş – 190 min kilometr.
Ən çox hansı markalara maraq var?
 
Satış elanlarının sayına görə “Mercedes” 15,1 faizlə birinci, “Hyundai” 10,9 faizlə ikinci, LADA isə 8,8 faizlə üçüncü yerdə qərarlaşıb.
 
50 min manatdan baha avtomobillərin elanlardakı payı 13 faiz təşkil edib.
 
Qiymətlər niyə artır?
 
Mütəxəssislərin təhlilinə görə, median qiymətin yüksəlməsinə bazardakı avtomobillərin tərkibinin dəyişməsi də təsir göstərib. Bahalı avtomobillərin elanlarda payının artması ümumi göstəricini yüksəldib.
 
Belə ki, eyni avtomobil modelləri üzrə sabit strukturla aparılan hesablamada aylıq qiymət artımı cəmi 0,4 faiz olub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05