BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

SOCAR-ın törəmə şirkətinin kapitalı 23,5 milyon manata çatdırılıb

 SOCAR-ın törəmə şirkətinin kapitalı 23,5 milyon manata çatdırılıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Exploration International” MMC-nin nizamnamə kapitalı artırılıb.
 
1business.media xəbər verir ki, şirkətin nizamnamə kapitalı 4,74 milyon manat və ya 25,2 faiz artırılaraq 23,54 milyon manata çatdırılıb.
 
 
Məlumata görə, şirkətin kapitalı bundan əvvəl 18,8 milyon manat təşkil edib. Avqust ayında isə 14,22 milyon manatdan 18,8 milyon manata yüksəldilmişdi.
 
Beləliklə, son iki ay ərzində şirkətin nizamnamə kapitalına ümumilikdə 9,32 milyon manat əlavə edilib.
 
Qeyd edək ki, “SOCAR Exploration International” MMC 2025-ci il aprelin 30-da 10 min manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkət SOCAR-ın Azərbaycanda və xaricdə geoloji kəşfiyyat, neft-qaz ehtiyatlarının qiymətləndirilməsi və kommersiya layihələrinin idarə olunması istiqamətində fəaliyyət göstərir.
 
Şirkətin direktoru Rizvan Məmmədovdur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05