BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
İnvestisiya

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorların marağı artır

 ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorların marağı artır
Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin Bakı Fond Birjasında satış qiyməti 34 qəpiyə çatıb. Bu göstərici bankın səhmlərinin tarixi maksimumu olan 35 qəpiyə yaxınlaşdığını göstərir.
 
1business.media xəbər verir ki, hazırda ABB səhmlərinin alış qiyməti 33 qəpik, satış qiyməti isə 34 qəpik təşkil edir. Beləliklə, satış qiyməti tarixi rekorddan cəmi 1 qəpik aşağıdır.
 
Məlumata görə, 2025-ci ilin iyul-sentyabr aylarında ABB səhmləri 25 qəpik səviyyəsində ticarət olunub. Hazırkı 34 qəpiklik qiymət həmin dövrlə müqayisədə 36 faiz artım deməkdir.
 
Bankın bir səhm üzrə nominal dəyəri 27 qəpik, ümumi səhm sayı isə 4 milyard 745 milyon 449 min 602 ədəddir. Mövcud satış qiyməti əsasında ABB-nin bazar kapitallaşması təxminən 1,61 milyard manat hesablanır.
 
Bankın maliyyə göstəriciləri də artıb
 
ABB 2026-cı ilin yanvar-sentyabr aylarında 352,4 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8 faiz çoxdur.
 
Həmin dövrdə bankın ümumi gəlirləri 20,4 faiz artaraq 1 milyard 362,6 milyon manata çatıb.
 
Sentyabrın sonuna bankın aktivləri 16,12 milyard manat, kredit portfeli 7,85 milyard manat, depozit portfeli isə 10,7 milyard manat təşkil edib.
 
ABB 2025 və 2026-cı illərdə səhmdarlarına 200 milyon manat dividend ayırıb. Bu göstəricilər investorların bankın maliyyə nəticələrinə və səhm bazarındakı mövqeyinə marağını artıran amillər sırasındadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05