BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Tramp ABŞ fond bazarındakı trilyonlarla dollarlıq itkilərə görə demokratları günahlandırdı

 Tramp ABŞ fond bazarındakı trilyonlarla dollarlıq itkilərə görə demokratları günahlandırdı
1business.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin fond bazarında baş verən kəskin ucuzlaşmaya və amerikalıların pensiya yığımlarının dəyər itirməsinə görə Demokratlar Partiyasını günahlandırıb.
 
Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında noyabrın 3-də keçirilən aralıq seçkilərinin nəticələrinin fond bazarına mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, amerikalıların 401(k) pensiya hesablarında da ciddi azalma müşahidə olunur. 
 
 
Noyabrın 5-də ABŞ fond bazarında kəskin eniş qeydə alınıb. “Nasdaq 100” indeksi 6,4 faiz ucuzlaşaraq 2020-ci ilin martından bəri ən pis ticarət sessiyasını keçirib. İndeksə daxil olan şirkətlərin ümumi bazar dəyəri təxminən 2,3 trilyon dollar azalıb.
 
Digər əsas indekslərdə də ciddi geriləmə yaşanıb. “S&P 500” indeksi 4,36 faiz, “Dow Jones” 3,44 faiz, “Nasdaq Composite” isə 5,52 faiz dəyər itirib. 
 
 
Bazar iştirakçılarının narahatlığına səbəb olan amillərdən biri demokratların Konqresin hər iki palatasında nəzarəti ələ keçirməsindən sonra süni intellekt sektoruna dövlət müdaxiləsinin arta biləcəyi ehtimalıdır. Məlumat mərkəzlərinin tikintisinə məhdudiyyətlərin tətbiq oluna biləcəyi ilə bağlı gözləntilər texnologiya şirkətlərinin səhmlərinə təzyiq göstərib.
 
İnvestorları süni intellekt infrastrukturuna yatırılan böyük vəsaitlərin gəlirliliyi və texnologiya şirkətlərinin yüksək bazar dəyəri də narahat edir.
 
Tramp administrasiyası indiyədək süni intellekt sahəsində tənzimləmələrin yumşaldılmasını və məlumat mərkəzlərinin genişləndirilməsini dəstəkləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05