BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

Azərbaycanda uşaqlar üçün 2,4 milyon manatlıq vaksin alınacaq

 Azərbaycanda uşaqlar üçün 2,4 milyon manatlıq vaksin alınacaq
1business.media xəbər verir ki, Azərbaycanda uşaqlar arasında yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə 2 milyon 415 min 792 manat dəyərində vaksin satın alınacaq.
 
Satınalma müsabiqəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilib.
 
2023–2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair proqram çərçivəsində təşkil olunan tenderin qalibi “Zeytun Pharmaceuticals” MMC olub.
 
Satınalmanın ehtimal olunan qiyməti 2 milyon 415 min 792 manat təşkil edib.
 
Tender sentyabrın 10-da elan olunub, təkliflərin qəbulu isə oktyabrın 8-də başa çatıb.
 
Vaksinlərin alınması uşaqlar arasında yoluxucu xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin təmin edilməsi məqsədi daşıyır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05