BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Biznes

Ağdamda 44,2 milyon manatlıq tenderin qalibi bəlli oldu

 Ağdamda 44,2 milyon manatlıq tenderin qalibi bəlli oldu

Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisi üzrə 44,2 milyon manatlıq dövlət tenderinin qalibi müəyyənləşib.

1business.media xəbər verir ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC-nin keçirdiyi satınalma müsabiqəsinin qalibi “Crystal İnşaat” Açıq Səhmdar Cəmiyyəti olub.

Tenderin ehtimal olunan qiyməti 44 milyon 170 min 799 manat təşkil edib.

Məlumata görə, satınalma Ağdam şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini əhatə edir.

Tender 30 aprel 2026-cı ildə elan edilib. Satınalma sənədlərinə bir neçə dəfə dəyişiklik olunub. Sonuncu dəyişiklik iyulun 13-də qeydə alınıb. Təkliflərin təqdim edilməsi üçün son tarix iyulun 27-si müəyyənləşdirilib.

Şirkətin mənfəəti 4,4 dəfə artıb

Qeyd edək ki, “Crystal İnşaat” ASC-nin 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 4,4 dəfə artaraq 559,6 min manata çatıb.

Beləliklə, şirkət Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin inşası üzrə iri dövlət sifarişinin icrasını həyata keçirəcək.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05