Zəngilanda 5,7 milyon manatlıq muzey kompleksi tikiləcəkZəngilan şəhərində İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisinə 5 milyon 712 min manat vəsait ayrılması planlaşdırılır. Layihənin icrası “Real-İnşaat” MMC-yə həvalə olunub.
1business.media xəbər verir ki, satınalma Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən həyata keçirilib.
Layihə çərçivəsində Zəngilan şəhərində İşğal və Zəfər muzeyləri inşa ediləcək. Kompleksdə Azərbaycanın işğal dövrünə aid tarixi hadisələrinin və Vətən müharibəsində qazanılan Zəfərin əks olunması nəzərdə tutulur.
Muzey kompleksinin təməlqoyma mərasimi 2022-ci ilin may ayında keçirilib.
