Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 3,5 milyon manatlıq tender elan edibLaçın rayonunun Güləbird kəndində yeni sosial və inzibati obyektlərin tikintisi planlaşdırılır. Layihə üçün təxminən 3,5 milyon manat vəsait nəzərdə tutulub.
1business.media xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Güləbird kəndində tikinti işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.
Tenderin ehtimal olunan dəyəri 3 milyon 496 min 743 manatdır.
Hansı obyektlər tikiləcək?
Layihə çərçivəsində kənddə dörd obyektin inşası nəzərdə tutulur:
- Klub-icma mərkəzi;
- İnzibati bina;
- Polis məntəqəsi;
- Həkim-tibb məntəqəsi.
Klub-icma mərkəzi sakinlərin ictimai və mədəni tədbirlərinin keçirilməsi, tibb məntəqəsi isə əhaliyə ilkin tibbi xidmət göstərilməsi üçün nəzərdə tutulub.
Tikinti layihəsi işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun bərpası və Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilir.
