Qarabağ və Şərqi Zəngəzurda 60 sosial obyekt fəaliyyətə başlayıbİşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 40 təhsil müəssisəsi və 20 səhiyyə obyekti istifadəyə verilib.
1business.media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6-cı Azərbaycan Beynəlxalq “Rebuild Garabagh” sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.
Məlumata əsasən, hazırda regionda 40 təhsil və 20 səhiyyə müəssisəsi fəaliyyət göstərir. Xankəndi şəhərində Qarabağ Universiteti də fəaliyyətə başlayıb.
Laçın, Zəngilan, Füzuli və Ağdam şəhərlərində tikilən inzibati mərkəzlər əhaliyə sosial təminat, məşğulluq və digər xidmətlərin vahid məkanda göstərilməsinə imkan yaradır.
Regionda dövlət, bank, poçt və rabitə xidmətlərinin əhatəsi də genişləndirilir.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan yaşayır, təhsil alır və çalışır.
