BAZARLAR
Brent —
Qızıl —
Uçot dərəcəsi —
USD/AZN —
EUR/AZN —
Analitik

ADNSU-nun 26 milyon manatlıq təmir tenderinin qalibi bəlli oldu

 ADNSU-nun 26 milyon manatlıq təmir tenderinin qalibi bəlli oldu
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2-ci korpusunun əsaslı təmir işlərini həyata keçirəcək şirkət müəyyənləşib.
 
1business.media xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib.
 
Şirkətlə bağlanacaq müqavilənin ümumi dəyəri 23 milyon 363 min 670 manat təşkil edir.
 
Layihə çərçivəsində universitetin 2-ci korpusunda əsaslı təmir və yenidənqurma işləri aparılacaq. İşlərə binanın fasadının və daxili məkanlarının yenilənməsi, mühəndis-kommunikasiya xətlərinin təmiri, eləcə də təhsil infrastrukturunun yaxşılaşdırılması daxildir.
 
Xatırladaq ki, tenderin ilkin ehtimal olunan qiyməti 26 milyon 36 min 513 manat olub. Qalib şirkətlə bağlanacaq müqavilənin məbləği ilkin qiymətdən təxminən 2,67 milyon manat azdır
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Qaynar xətt: (051) 300 05 05