Azərbaycanda aqrar şirkətin kapitalı 203 milyon manatı keçdiAzərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Agricore Group” MMC-nin nizamnamə kapitalı 203 milyon manatı ötüb.
1business.media xəbər verir ki, şirkətin nizamnamə kapitalı 5,5 milyon manat və ya 2,8 faiz artırılaraq 203,08 milyon manata çatdırılıb.
Məlumata görə, artımdan əvvəl şirkətin nizamnamə kapitalı 197,58 milyon manat təşkil edib. Dəyişiklik 2026-cı il noyabrın 6-da rəsmiləşdirilib.
“Agricore Group” MMC 2017-ci ilin yanvarında 10 min manat nizamnamə kapitalı ilə təsis edilib. Beləliklə, təxminən 10 il ərzində şirkətin kapitalı 20 min dəfədən çox artıb.
“Azərşəkər”ə məxsus olan şirkət şəkər çuğunduru, buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Müəssisənin Ağcabədi, Füzuli, Yevlax və Şəmkirdə, eləcə də Bakıda əkin sahələri var.
Şirkətin baş icraçı direktoru 2024-cü ildə bu vəzifəyə təyin edilmiş Nəsib İslamzadədir.
